Yaponiya İran və ABŞ liderləri ilə danışıqlara hazırlaşır

1 Min Read

Yaponiyanın Baş naziri Sanae Takaiçi parlament dinləmələri zamanı Yaxın Şərqdəki vəziyyətin həlli üçün diplomatik səylər çərçivəsində yaxın günlərdə Donald Tramp və İran rəhbərliyi ilə ayrıca telefon danışıqları aparmağı planlaşdırdığını bildirib.

Baş nazir qeyd edib ki, hazırda hər iki ölkənin liderləri ilə dialoq qurmaq üçün hazırlıqlar aparılır və müxtəlif diplomatik addımlar nəzərdən keçirilir. O, ABŞ prezidentinin İranla razılaşma üçün müəyyən etdiyi son tarixdən əvvəl danışıqlar aparmaq niyyətində olduğunu vurğulayıb.

Məlumata görə, Axios nəşrinə danışan Ağ Evin aparat rəhbəri aprelin 7-dək İranla razılaşma ehtimalının yüksək olduğunu bildirib. Daha əvvəl Truth Social platformasında Tramp İranı aprelin 6-dək Hörmüz boğazını açmamaqla bağlı xəbərdar etmiş və enerji ilə mülki infrastruktura zərbə endirəcəyi ilə hədələmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş