“Hizbullah” İsrailə xəbərdarlıq edib: Atəşkəs ləğv oluna bilər

1 Min Read

Hizbullah İsrailin Livanın cənubuna hücumları dayandırmayacağı təqdirdə atəşkəs öhdəliklərini ləğv edəcəyini bəyan edib.

Pars Today nəşrinin məlumatına görə, təşkilat bildirib: “Əgər sionistlər hücumlarını dayandırmasalar və Beyrut vaxtı ilə saat 14:00-a qədər ölkənin cənubundan geri çəkilməsələr, atəşkəs öhdəliyimizi ləğv edəcəyik”.

Xatırladılıb ki, İsrail daha əvvəl İranla əldə olunan müvəqqəti atəşkəs razılaşmasının Livana şamil edilmədiyini açıqlayıb və ölkə ərazisinə zərbələri davam etdirib.

Livan Ordusu isə vətəndaşları İsrail qüvvələrinin nəzarətində olan ərazilərdən uzaq durmağa çağırıb.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra “Hizbullah” İsrailə qarşı fəaliyyətlərini genişləndirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş