ABŞ Ukraynaya HAWK sistemi üçün 108 milyon dollarlıq avadanlıq satışını təsdiqləyib

1 Min Read

ABŞ Dövlət Departamenti HAWK zenit-raket sisteminin fəaliyyətinin təmin olunması məqsədilə Ukraynaya 108 milyon dollardan çox dəyərində avadanlığın mümkün satışını təsdiqləyib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Dövlət Departamentinin açıqlamasında deyilir:

“ABŞ Dövlət Departamenti Xarici Hərbi Satış proqramı çərçivəsində Ukrayna hökumətinə HAWK (FrankenSAM HAWK) yer-hava raket sistemlərinin mümkün satışını təsdiqləmək qərarına gəlib”.

Məlumata görə, layihənin əsas podratçısı Sierra Nevada Corporation şirkəti olacaq.

Bəyanatda həmçinin qeyd olunub ki, müqavilə ABŞ-ın milli maraqlarına uyğundur və regionda mövcud güc balansına təsir göstərməyəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş