İran prezidenti ABŞ ilə danışıqlarda iştirakını təsdiqləyib

1 Min Read

Məsud Pazeşkyan Şehbaz Şərif ilə telefon danışığı zamanı ABŞ ilə keçiriləcək danışıqlarda iştirak edəcəyini təsdiqləyib. Bu barədə Pakistanın baş naziri X sosial şəbəkəsində məlumat verib.

Şərif İran prezidenti ilə apardığı “isti və mənalı” söhbəti qeyd edərək bildirib ki, rəsmi İran İslamabadda keçiriləcək sülh danışıqlarına qatılmağa razılıq verib.

Onun sözlərinə görə, “İran rəhbərliyinin bu həftənin sonunda İslamabadda sülh danışıqlarının keçirilməsi təşəbbüsünü qəbul etməsi müdriklik və uzaqgörənlik nümunəsidir”. Şərif əlavə edib ki, Pazeşkyan Pakistanın səylərini yüksək qiymətləndirib və ölkə xalqına xoş arzularını çatdırıb.

Pakistanın baş naziri vurğulayıb ki, ölkəsi regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin möhkəmləndirilməsi üçün bütün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, Şərif daha əvvəl ABŞ və İran arasında danışıqların aprelin 10-da İslamabadda keçiriləcəyini açıqlamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş