Yaponiya rekord ölçülü yeni hərbi gəmisinin tikintisinə başlayır

1 Min Read

Yaponiya Şərqi Asiyadakı gərginlik, xüsusilə Şimali Koreyanın raket sınaqları və Tayvan ətrafındakı vəziyyət fonunda özünün ən böyük esminesinin tikintisinə start verir. “Tekhkult”un məlumatına görə, “AEGIS” raketdən müdafiə sistemi ilə təchiz olunacaq gəminin su sıxışdırma qabiliyyəti 14 500 ton təşkil edəcək.

Bu gəmi eyni vaxtda ballistik və hipersəs hədəflər daxil olmaqla çoxlu sayda yüksəksürətli hava obyektini izləmək və vurmaq gücünə malik olacaq. Böyüdülmüş gövdəsi sayəsində daha çox raket və təkmilləşdirilmiş radarlarla təmin ediləcək esmines, əsasən ABŞ ilə müttəfiqlik çərçivəsində Yaponiyanın hava və raketdən müdafiə sisteminin ana sütununa çevriləcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş