Alyansın qərargahında yerləşən təxminən 30 NATO üzv dövlətinin nümayəndələri may ayının ortalarında Yaponiyaya səfər etməyi planlaşdırırlar.
İzmedia.az xəbər verir ki, bu varədə NHK telekanalı məlumat yayıb.
Məlumata əsasən, nümayəndə heyəti Rusiya və Çinə qarşı siyasəti müzakirə edəcək, həmçinin gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Yaponiyanın müdafiə sənayesi nümayəndələri ilə görüşəcək. Proqrama Tokio yaxınlığında yerləşən Yokosuka şəhərindəki ABŞ hərbi bazasına səfər də daxildir.
NHK-nın məlumatına görə, alyans nümayəndəsi səfirlərin “Yaponiyanın ABŞ-ın müxtəlif tələblərinə necə cavab verdiyini və onunla yaxşı münasibətlər saxladığını” anlamağa çalışdıqlarını bildirib. Bu məsələyə marağın Donald Trampın NATO-ya yönəlmiş tənqidlərindən sonra artdığı qeyd olunur.
Bildirilir ki, bu, Yaponiyaya səfər edəcək ən yüksək səviyyəli NATO nümayəndə heyəti olacaq. Qrup həmçinin Asiya regionunda əməkdaşlığı gücləndirmək çərçivəsində Cənubi Koreyaya səfər etməyi də planlaşdırır.
Daha əvvəl The Wall Street Journal yazmışdı ki, ABŞ administrasiyası Vaşinqtonun İrana qarşı mümkün müharibəsinə dəstək verilməməsinə cavab olaraq bir sıra Avropa ölkələrindən qoşunlarını çıxarmaq variantını nəzərdən keçirir.
İzmedia.az
![]()

