Donald Tramp bildirib ki, bütün ABŞ gəmiləri, təyyarələri və qoşunları, eləcə də əlavə silah və sursatlar razılaşma tam şəkildə icra olunana qədər İran ətrafında qalacaq.
Onun sözlərinə görə, bu razılaşma yerinə yetirilməzsə, vəziyyət daha da gərginləşə və “daha böyük və güclü toqquşma” baş verə bilər. Tramp qeyd edib ki, bütün əvvəlki bəyanatlara baxmayaraq, nüvə silahları ilə bağlı risklərin qarşısı alınmalıdır və Hörmüz boğazının açıq və təhlükəsiz qalması vacibdir.
ABŞ prezidenti əlavə edib ki, bu razılaşma uzun müddət əvvəl əldə olunub və Amerika ordusu növbəti addımları gözləyir. O, çıxışını “AMERİKA QAYITDI” ifadəsi ilə tamamlayıb.
İzmedia.az
![]()

