Goranboyda qonşular arasında dava zamanı bir nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mənəşli kəndində baş verib.
Belə ki, Səfıkürd kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Tural Tanverdiyev Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, adıçəkilən şəxs qonşuluqda yaşayan şəxslə mübahisə zəminində xəsarət alıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd sakini 33 yaşlı T. Tanverdiyevə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, 34 yaşlı Nurlan Qurbanov saxlanılıb. Araşdırmalar davam etdirilir
![]()
