Vladimir Saldo: Ukrayna Xerson istiqamətində dron hücumlarını artırıb

1 Min Read

Ukrayna silahlı qüvvələri Avropada istehsal olunan dronlardan istifadə edərək Xerson vilayətində yerləşən yaşayış məntəqələrinə hücumların intensivliyini artırıb.

İzmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Saldo TASS agentliyinə açıqlamasında bildirib.

“Xerson bölgəsinə və digər ərazilərə zərbələrin intensivliyi artıb. Ukrayna ordusunun sərəncamında artıq daha çox pilotsuz uçuş aparatı var. Onlar Qərb istehsalçılarının dəstəyi ilə dron istehsalını genişləndirib və istehsal müəssisələrini Avropa ölkələrinə köçürüblər”, – deyə o qeyd edib.

Saldo əlavə edib ki, Rusiya qüvvələri Ukraynadakı dron istehsal obyektlərini hədəf almağa davam edir. “Məhz buna görə də onlar hazırda Avropada dron istehsal edir və eyni zamanda operatorların hazırlanmasını təşkil edirlər”, – deyə qubernator vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş