Artemis II Aya missiya heyətini daşıyan “Orion” kosmik gəmisi buraxılışdan doqquz gün sonra Yerə qayıdıb.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) kosmik gəminin eniş prosesini yayımlayıb.
Ekipaj 10 aprel saat 20:07-də (Moskva vaxtı ilə 11 aprel saat 03:07, GMT ilə 00:07) Kaliforniyanın San Dieqo sahilləri yaxınlığında Sakit Okeana paraşütlə enişi uğurla həyata keçirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS John P. Murtha gəmisi kosmik gəmini və ekipajı sahilə çatdıracaq.
“Artemis II” missiyası çərçivəsində göyərtəsində dörd NASA astronavtı olan “Orion” kosmik gəmisini daşıyan SLS raketi 1 aprel yerli vaxtla saat 18:35-də (GMT ilə 23:35, Moskva vaxtı ilə 2 aprel 01:35) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən Aya doğru uçuşa başlayıb.
NASA astronavtları Reid Wiseman, Christina Koch və Victor Glover, Kanada astronavtı Jeremy Hansen ilə birlikdə Ay orbitində missiyanı tamamlayaraq Yer kürəsindən ən uzaq məsafəyə insanlı kosmik uçuş rekordunu yeniləyiblər.
Qeyd edək ki, Ayə son insanlı missiya 1972-ci ilin dekabrında “Apollo 17” ekspedisiyası çərçivəsində həyata keçirilmişdi.
İzmedia.az
![]()

