Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andriy Demçenko “Ukrinform”a bildirib ki, Belarus Rusiyanın “Şahed” və “Gerber” dronlarının siqnallarını gücləndirən transponderləri yenidən işə salıb. Bu cihazlar PUA-ların Ukraynanın dərinliklərinə — Rovno, Volın və Lvov vilayətlərinə qədər nüfuz etməsinə şərait yaradır.
Demçenkonun sözlərinə görə, sentyabrın 13-də Polşa sərhədində yerləşən “Yaqodin” keçid məntəqəsinə, yanacaqdoldurma məntəqəsinə və Qərb siyasətçilərinin istifadə etdiyi Kiyev-Varşava dəmir yoluna olunan hücum da Minskin dəstəyi ilə reallaşıb.
Xatırladaq ki, iyun ayında Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Lukaşenkodan transponderlərin sökülməsini tələb etmiş, əks halda ordunun addım atacağını bildirmişdi. Bundan sonra cihazların fəaliyyəti müvəqqəti dayandırılmışdı. Hələ may ayında sərhəd müdafiəsinin gücləndirilməsi barədə sərəncam verən Zelenski, təhlükə yaranacağı təqdirdə Balarusa qabaqlayıcı zərbə endirilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
İzmedia.az
![]()

