ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO çərçivəsindəki siyasətini ciddi şəkildə yenidən qiymətləndirəcək.
O, Endryus Birgə Bazasında jurnalistlərə açıqlamasında deyib ki, ABŞ müttəfiqlərin müdafiəsi üçün “trilyonlarla dollar” xərcləyir. “Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onlara Rusiyadan qorunmaqda kömək edək. Bunu düşünəndə bu bir az gülünc görünür. Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılacaq”, – Tramp bildirib.
ABŞ prezidenti həmçinin İran ətrafındakı vəziyyətlə bağlı müttəfiqlərin mövqeyinə toxunaraq qeyd edib ki, bəzi NATO ölkələri ABŞ-ın yanında olmayıb: “Biz NATO üçün trilyonlarla dollar ödəyirik və onlar bizim üçün orada deyildilər”.
Tramp NATO daxilində müəyyən müttəfiqlərin qərarları ilə razılaşmadığı üçün onları “cəzalandırmağı” düşünüb-düşünmədiyi barədə suala isə birbaşa cavab verməyib. “Görəcəyik nə olacaq”, – deyə o bildirib və əlavə edib: “NATO-dan çox məyus oldum, onlar bizim üçün orada deyildilər”.
İzmedia.az
![]()

