Lavrov: İrana qarşı təcavüz Tehranı nüvə silahı yaratmağa məcbur edə bilər

1 Min Read

İrana qarşı təcavüz ölkəni nüvə silahı yaratmağa məcbur edə bilər.

İzmedia.az bildirir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.

Diplomat qeyd edib ki, “İrana qarşı başlayan bu müharibə təkcə Tehranın deyil, digər ölkələrin də nüvə silahı hazırlamasına səbəb ola bilər. Bu cür fikirlər İranla qonşu olan ərəb ölkələrində tez bir zamanda yarana bilər”.

Bu baxımdan, Lavrov vurğulayıb ki, nüvə silahlarının yayılmasının qarşısını almaq üçün müharibəyə başlamaq kimi paradoksal görünən nəcib məqsəd tam əksini stimullaşdıra bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş