BBC News-un məlumatına görə, Kambocanın Siem Reap şəhərində mina təmizləyən siçana dünyada ilk abidə ucaldılıb.
Daş heykəl 2016-cı ildən Kambocada minaların təmizlənməsində iştirak edən nəhəng hamsterəbənzər erkək kisəli heyvan Maqavanın şərəfinə qoyulub. Beş il ərzində o, 100-dən çox mina aşkar edib və 141 min kvadrat metrdən çox ərazinin təmizlənməsinə töhfə verib.
Maqava Belçikada yerləşən mina təmizləmə xeyriyyə təşkilatı APOPO tərəfindən təlim alıb və təxminən 20 dəqiqə ərzində tennis kortu böyüklüyündə bir sahəni yoxlaya bilib.
Abidənin açılışı Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə üst-üstə düşüb.
Qeyd edək ki, Kambocada bir milyondan çox insan hələ də mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə yaşayır və işləyir. Mütəxəssislər bu təhlükəli ərazilərin aşkarlanması üçün xüsusi təlim keçmiş siçovullardan istifadə edirlər. Onların kəskin qoxu hissi və yüngül bədən quruluşu bu iş üçün xüsusilə əlverişli hesab olunur.
İzmedia.az
![]()

