Sanksiyalara məruz qalan supertankerlər Hörmüz boğazından keçib

1 Min Read

Reuters agentliyinin gəmiçilik monitorinq məlumatlarına istinadən xəbərinə görə, ABŞ sanksiyalarına məruz qalan ikinci supertankerin Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olduğu bildirilir.

Məlumata əsasən, LSEG və Kpler-in məlumatlarına görə, iki milyon barelə qədər neft daşıya bilən boş RHN VLCC tipli supertankeri çərşənbə günü boğazdan keçib. Gəminin növbəti marşrutu hələ müəyyən edilməyib.

Daha əvvəl İran mediası ABŞ sanksiyalarına məruz qalan başqa bir supertankerin məhdudiyyətlərə baxmayaraq İmam Xomeyni limanına doğru yola düşdüyünü bildirmişdi.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyatın başlanğıcından bəri 10 gəmi yerləşdirilib və heç bir tankerin elan edilən blokadanı poza bilmədiyi qeyd olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş