izmedia.az xəbər verir ki, skandallarla adı hallanan amerikalı maliyyəçi Ceffri Epşteynə bənzədiyi üçün diqqət çəkən türkiyəli iş adamı Rıfat Özdemirin yaşadıqları yenidən gündəmə gəlib.
Bir neçə ay əvvəl Kayseri şəhərindən təzyiqlər səbəbilə ayrılmaq məcburiyyətində qalan Özdemir hazırda Ankarada yaşayır. Onun sözlərinə görə, doğma şəhərində insanlar tərəfindən mənfi reaksiyalarla qarşılaşması və biznesinin zərər görməsi səbəbilə həyatını dəyişmək məcburiyyətində qalıb.
O bildirib ki, hazırda Ankarada vəziyyət daha sakitdir və tanınmaması onun üçün rahatlıq yaradıb. Sosial mühitdə Epşteyn mövzusunun gündəmdən düşməsi də ona olan diqqəti azaldıb.
Özdemir qeyd edib ki, əvvəlki kimi ciddi təzyiqlərlə üzləşmir və vəziyyət artıq daha çox zarafat mövzusuna çevrilib. Buna baxmayaraq, media tərəfindən davamlı telefon zəngləri aldığını da əlavə edib.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılmış və onun adı azyaşlıların istismarı ilə bağlı qalmaqallı işdə hallanmışdı.
![]()
