Rusiyanın şimal-qərbində, Sankt-Peterburqla həmsərhəd Leninqrad vilayəti üzərində vurulan dronların sayı yeddiyə çatıb. Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, Pulkovo yüksəklikləri ərazisində yaşayış binasının pəncərələri sındırılıb, düşən dron nəticəsində isə bir avtomobilə ziyan dəyib. Dron qalıqları həmçinin Vıborqski rayonuna düşüb, lakin əlavə ziyan qeydə alınmayıb.
“İlkin məlumata görə, itki yoxdur”, – deyə rəsmi bildirib.
Daha sonra qubernator əlavə edib ki, düşən qalıqlar Vıborqski rayonunda yerləşən anbarda yanğına səbəb olub. Tələfat barədə məlumat verilməyib, yanğınsöndürənlər alovu söndürmək üçün işlərini davam etdirirlər.
İzmedia.az
![]()

