Tramp: İran münaqişəsi həll olunmaya da bilər

1 Min Read

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla bağlı münaqişənin həll olunmaması ehtimalı var.

O, Las-Veqasda keçirilən və administrasiyasının vergi siyasətinə həsr olunmuş tədbirdə çıxışı zamanı münaqişə fonunda artan neft qiymətlərinə də toxunub. Trampın sözlərinə görə, müəyyən mərhələdə qiymətlərin bir barel üçün 250–300 dollara qədər yüksələcəyi proqnozlaşdırılırdı.

“Bu gün rəsmi olaraq nə idi? 89 dollar, yoxsa 90 dollar – bu, müharibənin nəticəsidir. Bilirsiniz, biz hələ münaqişəni həll etməmişik. Bəlkə də ümumiyyətlə həll etməyəcəyik”, – deyə o bildirib.

Tramp daha əvvəl eyni çıxışında ABŞ əməliyyatının “sürətlə davam etdiyini” və “tezliklə başa çatmalı olduğunu” qeyd etmişdi.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də Vaşinqton Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Aprelin 11-də tərəflər İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident JD Vance rəhbərlik edib.

Sonradan tərəflər bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilmədiklərini bildiriblər. Tehran və Vaşinqton arasında dialoqun gələcək perspektivləri isə hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadası tətbiq edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş