Politico Fars körfəzindəki yüksək vəzifəli məmura istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump münaqişəyə son qoymaq məqsədilə İrana qarşı yeni güzəştlərə gedə bilər.
Mənbənin sözlərinə görə, Tramp administrasiyası danışıqlara ciddi yanaşır və münaqişənin tez bir zamanda başa çatmasını istəyir. Lakin iddialara əsasən, İran tərəfi hələlik razılaşma üçün ABŞ-ın istədiyi şərtləri qəbul etmir.
“Düşünürəm ki, o, yeni güzəştlər edəcək… O, danışıqlara ciddi yanaşır və münaqişənin bitməsini çox istəyir, amma iranlılar hələlik ona simasını qorumaq və münaqişədən çıxmaq üçün lazım olanı verməkdən imtina edirlər”, – deyə mənbə bildirib.
İzmedia.az
![]()

