ABŞ təyyarədaşıyan gəmisində yanğın: 3 dənizçi xəsarət alıb

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 85

USNI-nin Hərbi Dəniz Qüvvələrinə istinadən yaydığı məlumata görə, ABŞ-da USS Dwight D. Eisenhower (CVN-69) təyyarədaşıyan gəmisində planlaşdırılmış texniki xidmət zamanı yanğın baş verib.

Hadisə Virciniya ştatının Portsmut şəhərində yerləşən Norfolk Hərbi Dəniz Gəmiqayırma Zavodunda qeydə alınıb.

Açıqlamaya görə, yanğın zamanı üç dənizçi xəsarət alıb. Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, gəmi və gəmiqayırma zavodunun heyəti yanğını dərhal lokallaşdıraraq söndürüb.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onların xidmətlərini davam etdirdiyi qeyd olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş