Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır.
izmedia.az”Report” a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün diplomatiyanın ürəyi Antalyada döyünür:
“Bu gün dünyada baş verən proseslər Antalyada müzakirə edilir. Hər gün dünyada böhranlar görürük və bu da dünyadakı proseslərə təsir edir”.
Nazir əlavə edib ki, bölgədəki son proseslər bunun bariz nümunəsidir:
“Əldə olunan atəşkəs və sülh davamlı olmalıdır”.
![]()
