Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın hava məkanını pozub – TOLO News

1 Min Read

Pakistan Hərbi Hava Qüvvələrinin təyyarələri Əfqanıstanın hava məkanını pozub.

İzmedia.az xəbər verir ki, bu barədə “Afghan TOLO News” ölkə ordusuna istinadən məlumat yayıb.

X sosial şəbəkəsində 209-cu Əl-Fəth Ordu Korpusunun sözçüsü Hammad Visalın “Hava hücumundan müdafiə qüvvələri ölkənin şimalında Pakistan hərbi təyyarələrinə atəş açıb” dediyi bildirilir.

Bundan əlavə, telekanal bildirir ki, Ramazan bayramı üçün atəşkəs elan olunmasına baxmayaraq, Əfqanıstanın bəzi bölgələrində Pakistan hücumları davam edir.

Ölkələr arasında atəşkəs rejimi martın 23-də başa çatıb. Tərəflər atəşkəsin uzadılması barədə hələlik açıqlama verməyiblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş