Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmiləri etibarlı təhlükəsizlik zəmanətləri olmadan Hörmüz boğazından keçməməyə çağırıb.
İzmedia.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü TASS agentliyinə açıqlamasında bildirib.
“Vəziyyət qeyri-sabit olaraq qalır. Gəmilər maksimum ehtiyatlı olmalı və təhlükəsizlik zəmanəti olmadan risk etməməlidirlər”, – deyə sözçü qeyd edib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıq olduğunu bəyan etmişdi. Lakin ABŞ prezidenti Donald Tramp Vaşinqtonun yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bildirmişdi.
Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dəniz qüvvələri ABŞ blokadanı aradan qaldırana qədər İranın boğazı bağladığını açıqlayıb. Qurum gəmi sahiblərini İranın tövsiyələrinə əməl etməyə çağırıb və Trampın Hörmüz boğazı ilə bağlı bəyanatlarını etibarsız hesab etdiyini vurğulayıb.
İzmedia.az
![]()

