Pakistanda dəmir yolu yaxınlığında partlayış: 24 ölü, 82 yaralı

Nərmin
1 Min Read

Pakistan-ın Bəlucistan əyalətində yerləşən Ketta şəhərində dəmir yolu xətti yaxınlığında güclü partlayış baş verib.

Hadisə nəticəsində 24 nəfərin həyatını itirdiyi, 82 nəfərin isə yaralandığı bildirilir. Yaralıların bir hissəsi hərbi xəstəxanaya, digərləri isə Ketta şəhərindəki mülki xəstəxanalara yerləşdirilib.

Partlayış nəticəsində bir qatarın qismən zədələndiyi, həmçinin yaxınlıqda dayanan bəzi avtomobillərin də sıradan çıxdığı qeyd olunub.

Hadisədən sonra Peşəvər istiqamətinə hərəkət edən qatar təhlükəsizlik səbəbilə Ketta dəmir yolu stansiyası-da dayandırılıb və bölgədə geniş araşdırma başladılıb.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş