Yaponiyada 7,7 bal gücündə zəlzələ: azı 6 yaralı, sunami xəbərdarlığı verilib

1 Min Read

Yaponiyanın Fəlakətlərin İdarə Edilməsi naziri Jiro Akama bazar ertəsi günü bildirib ki, ölkənin şimal-şərq sahillərinin şərqində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Kyodo xəbər agentliyinin nazirə istinadən yaydığı məlumata görə, yaralılardan 4 nəfər yüngül, 2 nəfər isə ağır xəsarət alıb.

Zəlzələ Sakit okeanda, şimal-şərqdə yerləşən Tohoku bölgəsinin sahilləri yaxınlığında qeydə alınıb. Bundan sonra İvate, Aomori və Miyagi prefekturalarının sahillərində, eləcə də Hokkaydonun cənub hissəsində 3 metrə qədər çata biləcək dalğalarla bağlı sunami xəbərdarlığı verilib. Lakin sahilə çatan dalğaların hündürlüyü 80 santimetrə qədər olub.

Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına əsasən, zəlzələdən sonra 5,4 bal gücündə 9 afterşok qeydə alınıb. Seysmoloqlar oxşar təkanların riskinin təxminən bir həftə davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş