ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ yaxın zamanda İranın heç vaxt nüvə silahına sahib olmaması öhdəliyinin yerinə yetirilməsini təmin edəcək.
![]()
“Düşünürəm ki, bu, çox tez baş verəcək”, – deyə o, radio aparıcısı Con Frederikə verdiyi müsahibədə İranın nüvə proqramının dayandırılması ilə bağlı suala cavabında bildirib.
Tramp 17 apreldə də qeyd edib ki, İran və ABŞ nümayəndələri zənginləşdirilmiş uranın İslam Respublikasından çıxarılması istiqamətində birgə işləyəcəklər. Onun sözlərinə görə, Tehran Vaşinqtondan dondurulmuş aktivlər almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazır olduğunu bildirib. ABŞ lideri həmçinin İranla mümkün razılaşmanın əsas şərtlərinin artıq razılaşdırıldığını qeyd edib.
İzmedia.az
![]()
Sign in to your account