FSB Moskvada Müdafiə Nazirliyi yaxınlığında partlayış planlaşdırmaqda şübhəli bilinən şəxsi saxlayıb

1 Min Read

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada Ukrayna ilə əlaqəli “qadağan olunmuş terror təşkilatları” adından hərəkət etdiyi iddia edilən Rusiya vətəndaşını saxlayıb.

RİA Novosti-nin məlumatına görə, saxlanılan 1981-ci il təvəllüdlü şəxs Moskva ərazisində Rusiya Müdafiə Nazirliyinin obyektlərinə yaxın yerdə əldəqayırma partlayıcı qurğu vasitəsilə partlayış törətməyi planlaşdırmaqda şübhəli bilinir.

Bildirilir ki, həmin şəxs öz təşəbbüsü ilə bu qruplarla əlaqə qurub və daha sonra onların göstərişləri əsasında Moskvaya gələrək planlaşdırılan əməliyyatı həyata keçirməyə hazırlaşıb.

FSB həmçinin saxlanılan şəxsdən mobil telefon götürdüyünü və onun vasitəsilə koordinatorlarla əlaqə saxlandığını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş