Tramp İranla atəşkəsin uzadıldığını elan edib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), default quality

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəsin uzadıldığını elan edib, lakin konkret müddət açıqlamayıb. Bu barədə Axios xəbər yayıb.

Məlumata görə, bu addım yekun razılaşmaya nail olmaq üçün yeni diplomatik imkan yarada bilər.

Mənbələrin bildirdiyinə əsasən, qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın Ali Rəhbəri Müctəba Xameneidən cavab gözləməsidir. İsrailli mənbənin məlumatına görə, Xameneinin cavabı çərşənbə günü verilə bilər.

Digər mənbə isə qeyd edib ki, Tramp atəşkəsi əlavə olaraq üç-beş gün uzatmağa hazırdır: “Bu, İran tərəfinə məsələləri yoluna qoymaq üçün vaxt verə bilər, lakin atəşkəs daimi xarakter daşımayacaq”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş