ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranın tətbiq etdiyi dəniz blokadası başlayandan bəri ABŞ ordusu İran limanlarına gedən və ya oradan çıxan 31 gəmini istiqamətləndirib.
Komandanlığın X (keçmiş Twitter) sosial şəbəkəsində yaydığı açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri 31 gəmiyə geri dönmək və ya limana qayıtmaq barədə göstəriş verib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Aprelin 7-də isə ABŞ prezidenti Donald Trump Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.
İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ və İsrailin hücumları nəticəsində ümumilikdə 3375 iranlı həlak olub.
Aprelin 11-də İran və ABŞ Islamabad şəhərində bir neçə raund danışıqlar aparıb. Həm Tehran, həm də Vaşinqton tərəflərin mövcud ziddiyyətlər səbəbindən uzunmüddətli razılığa gələ bilmədiyini açıqlayıb.
Aprelin 21-də Donald Tramp “Truth Social” platformasında Vaşinqtonun İranla atəşkəsi uzatmaq niyyətində olduğunu bildirib. Lakin İran dövlət televiziyasının məlumatına görə, Tehran bu birtərəfli qərara əməl etməyi planlaşdırmır və öz maraqlarını üstün tutacaq.
Aprelin 22-də İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib ki, ABŞ İrana qarşı dəniz blokadasını ləğv edərsə, Pakistanda tərəflər arasında danışıqların bərpası mümkün ola bilər.
İzmedia.az
![]()

