İsrail Suriyadakı hərbi bazaya zərbələr endirib: Türkiyə ilə gərginlik pik həddədir

1 Min Read
İsrail Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur hərbi hava bazasına səkkiz hava zərbəsi endirib. “Reuters” agentliyinin məlumatına görə, hücum zamanı tələfat qeydə alınmayıb.
Türkiyə sərhədindən 70 kilometr məsafədə yerləşən baza 2024-cü ilin sonlarında Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra yeni Suriya ordusu üçün təlim mərkəzi kimi istifadə olunurdu. Hərbi əməliyyat İsrail və Türkiyə arasında Suriya məsələsinə görə artan gərginlik fonunda baş verib.
Avqustun 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin hücumları ilə Suriyanın təhlükəsizliyini təhdid etdiyini bəyan edərək, Tel-Əvivə təzyiq göstərilməsinə çağırıb. Cavab olaraq İsrailin müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edərək, Suriyanın hərbi imkanlarının bərpa olunmasına imkan verməyəcəklərini bildirib.
Qeyd edək ki, avqustun əvvəlində Suriyanın MiQ-21 qırıcıları ilə hava təlimləri keçirməsindən sonra İsrail rəsmiləri Suriya hərbi hava qüvvələrinin yenidən formalaşdırılması cəhdlərindən narahatlıqlarını ABŞ tərəfinə çatdırmışdılar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş