Lamine Yamal “Selta” matçında zədələndi – mövsüm və Dünya Çempionatı riski var

1 Min Read

FC Barcelona və İspaniya millisinin gənc ulduzu Lamine Yamal La Liqanın 33-cü turunda RC Celta de Vigo ilə oyunda zədələnib.

Mundo Deportivo-nun məlumatına görə, 18 yaşlı cinah oyunçusu penaltidən sonra bud əzələsində yaranan problem səbəbilə oyunu davam etdirə bilməyib və əvəzlənib.

Əzələ yırtığı təsdiqlənərsə, futbolçu mövsümün qalan hissəsini və 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək FIFA World Cup 2026-nın ilk oyunlarını buraxa bilər.

Qeyd edək ki, Yamal bu mövsüm La Liga çərçivəsində 45 oyunda iştirak edib, 24 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş