İran BMT-yə şikayət etdi: ABŞ-nin Körfəz ölkələrinin ərazisindən istifadə etdiyi iddia olunur

1 Min Read

Əmir Səid İrəvani BMT və BMT Təhlükəsizlik Şurası-na məktublar göndərərək ABŞ-ın İrana qarşı hücumların hazırlanması və həyata keçirilməsi üçün bir neçə Körfəz ölkəsinin ərazisi və hava məkanından istifadə etdiyini iddia edib.

Məktublarda bu ölkələr kimi Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı göstərilib.

İran tərəfi həmçinin iddia edir ki, BƏƏ-yə gəldikdə, hərbi təyyarələr və dronlar vasitəsilə Hörmüz boğazı və Fars körfəzi adalarındakı hədəflərə zərbələr zamanı hava məkanının pozulması halları qeydə alınıb.

Tehran həmin ölkələri mehriban qonşuluq prinsiplərinə riayət etməyə və öz ərazilərinin İrana qarşı istifadəsinin qarşısını almağa çağırıb və bunun nəticələrinə görə məsuliyyətin həmin ölkələrin üzərinə düşəcəyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş