ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan istefa verdi

1 Min Read

Pentaqonun ictimai əlaqələr üzrə köməkçi katibi Şon Parnell bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan istefa verib və bu qərar dərhal qüvvəyə minib. İstefanın rəsmi səbəbləri açıqlanmayıb.

Axios mənbələrə istinadən yazır ki, Felanın istefasına səbəb kimi onunla müdafiə naziri Pete Hegseth arasında yaranan gərgin münasibətlər göstərilir. Məlumata görə, Hegseth Felanın Donald Trump ilə birbaşa əlaqə quraraq səlahiyyət çərçivəsini aşdığını düşünürdü.

Felanın birinci müavini Huang Kao Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin olunub. Felan bu vəzifəyə 25 mart 2025-ci ildə Senat tərəfindən təsdiqlənmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş