İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, Vaşinqton İslam Respublikasını təhdid etməyə davam edərsə, İran ABŞ ilə danışıqlar aparmayacaq.
Qalibaf X sosial şəbəkəsində yazıb: “Donald Tramp danışıqları təslim olma sənədinin imzalanmasına çevirmək istəyir. Lakin biz daimi təhdidlər fonunda aparılan dialoqu qəbul etmirik”.
Məclis sədri həmçinin qeyd edib ki, İran “döyüş meydanında yeni güc balansını nümayiş etdirməyə hazırdır” və bununla bağlı hazırlıqların “son iki həftədir” aparıldığını bildirib.
İzmedia.az
![]()

