Tim Börçett: ABŞ UFO məlumatlarını ictimaiyyətə açıqlamalıdır

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Tim Börçett bildirib ki, ABŞ hökuməti naməlum uçan obyektlərlə (UFO) bağlı məlumatları ictimaiyyətə açıqlamalıdır.

The Hill onun sözlərini sitat gətirərək yazır:

“Sadəcə dərc edin və insanların özləri qərar verməsinə imkan verin”.

Konqresmenin sözlərinə görə, bəzi insanlar bu naməlum obyektlərin ABŞ, Çin və ya Rusiya tərəfindən hazırlanmış ola biləcəyini düşünürlər. O isə bildirib ki, əgər bu texnologiya başqa dövlətlərə məxsus olsaydı, artıq ondan istifadə edilərdi.

Börçett həmçinin qeyd edib ki, naməlum obyektlər uzun müddət bir yerdə hərəkətsiz qala bilir və daha sonra sürətlə yüksələ bilir.

O, bir admiral ilə söhbətini xatırladaraq “futbol meydançası ölçüsündə” nəhəng sualtı obyekt barədə də eşitdiyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş