ABŞ–İran danışıqlarının növbəti mərhələsi Cenevrə və ya İslamabadda keçirilə bilər

1 Min Read

Associated Press agentliyi mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabad şəhərlərində keçirilə bilər.

Məlumata görə, ABŞ rəsmiləri Pakistanın paytaxtının yenidən ev sahibi kimi nəzərdən keçirildiyini, eyni zamanda İsveçrənin Cenevrə şəhərinin də mümkün variantlar arasında olduğunu bildiriblər.

Mənbələr qeyd ediblər ki, danışıqlar cümə axşamı günü baş tuta bilər, lakin dəqiq yer və vaxt hələ müəyyənləşdirilməyib.

Xatırladaq ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtı İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib.

Həm Tehran, həm də Vaşinqton tərəfi danışıqlardan sonra bəyan edib ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb. Növbəti mümkün danışıqlar raundu ilə bağlı detallarsa hələ də açıqlanmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş