Donald Tramp bildirib ki, Washington Hilton otelində baş verən atışma zamanı nə baş verdiyini anlamaq istədiyi üçün təxliyəni qəsdən bir qədər gecikdirib.
O, CBS News-ə verdiyi müsahibədə deyib: “Nə baş verdiyini görmək istəyirdim. Yəqin ki, onları bir az yavaşlatdım. Dedim ki, ‘Bir dəqiqə gözləyin, bir dəqiqə gözləyin. Baxım’”.
Müsahibədə qeyd olunub ki, ABŞ Məxfi Xidməti agentləri prezidenti mühasirəyə almaq üçün təxminən 10 saniyə, daha sonra isə onu təhlükəsiz şəkildə müşayiət etmək üçün əlavə 20 saniyə vaxt sərf ediblər.
Hadisə Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verib. Tramp və həyat yoldaşı Melaniya Tramp atəş səslərindən sonra təxliyə olunublar.
ABŞ prezidenti daha sonra atıcıın saxlanıldığını açıqlayıb. Janine Pirro isə şübhəlinin 27 aprel bazar ertəsi məhkəmə qarşısına çıxarılacağını bildirib.
İzmedia.az
![]()

