Böyük Britaniyanın hava hərəkətini idarəetmə sistemində baş verən texniki nasazlıq kütləvi aviasiya xaosuna səbəb olub. “The Guardian” nəşrinin “Cirium” aviasiya analitik şirkətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, Milli Hava Hərəkəti Xidmətində yarana nasazlıq nəticəsində iki gün ərzində 1900-dən çox aviareys ləğv olunub.
Texniki problem artıq aradan qaldırılsa da, uçuşların təxirə salınması və ləğv edilməsi səbəbindən yaranan gərginlik ardıcıl ikinci gündür ki, davam edir. Baş verənlər on minlərlə sərnişinin planlarını alt-üst edərək hava limanlarında ciddi sıxlığa gətirib çıxarıb.
İzmedia.az
![]()

