Barak Obama Vaşinqtondakı atışma ilə bağlı açıqlama verib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Barak Obama Donald Trampın Vaşinqton Hilton otelində keçirilən qəbul zamanı baş verən atışma ilə bağlı açıqlama verib və zorakılığın demokratiyada yerinin olmadığını bildirib.

O, X platformasında yazıb ki, Ağ Ev müxbirlərinin naharında baş verən atışmanın motivi hələ tam aydın deyil, lakin zorakılığın demokratiya ilə uzlaşmadığını qəbul etmək vacibdir.

Obama həmçinin ABŞ Məxfi Xidmətinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Hadisə zamanı Tramp və həyat yoldaşı Melaniya Tramp atəş səslərindən sonra təxliyə olunublar. Daha sonra ABŞ prezidenti atıcıın saxlanıldığını açıqlayıb.

Janine Pirro isə şübhəlinin 27 aprel bazar ertəsi məhkəmə qarşısına çıxarılacağını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş