Sergey Stepaşin TASS agentliyinə bildirib ki, Rusiya Yaxın Şərqdəki bütün ölkələrlə güclü əlaqələr qurub və regiondakı münaqişələrin həllində vasitəçi rolunu oynaya bilər.
O qeyd edib ki, Rusiya özünü bu prosesə zorla qəbul etdirməyəcək.
“Rusiyanın potensialından istifadə edilməlidir. İran da daxil olmaqla, bütün Yaxın Şərq ölkələri ilə əla münasibətlərimiz var”, – deyə Stepaşin bildirib.
Keçmiş baş nazir xüsusilə İranın BRİKS üzvü olduğunu vurğulayıb.
“Düşünürəm ki, Rusiyanın potensialından hələ də istifadə olunacaq. Baxmayaraq ki, indiyədək Donald Tramp bizə müraciət etməyib. Amma biz özümüzü zorla qəbul etdirməyəcəyik”, – deyə siyasətçi əlavə edib.
İzmedia.az
![]()

