Sky News telekanalının Bukingem Sarayı nümayəndəsinə istinadən verdiyi məlumata görə, III Çarlz ABŞ Konqresində çıxış edəcək.
Məlumata əsasən, Britaniya kralı çıxışında sülhə töhfə verən Böyük Britaniya və ABŞ arasında uzunmüddətli əməkdaşlıq tarixindən bəhs edəcək.
Təxminən 20 dəqiqə davam edəcək nitqdə III Çarlzın “dəfələrlə iki ölkəmiz bir araya gəlməyin yollarını tapıb” deyəcəyi bildirilir. O, həmçinin iki xalq arasında müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrində əlaqələrin illərlə deyil, onilliklərlə ölçüldüyünü vurğulayacaq.
Saray sözçüsünün sözlərinə görə, kral hər iki xalqın mənəvi səxavət, şəfqət, sülhün təşviqi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və bütün dinlərdən olan insanlara hörmət kimi dəyərlərlə idarə olunduğunu qeyd edəcək.
Britaniya monarxının 30 ildən çox müddətdə ABŞ Kapitolisində ilk çıxışı bu il qeyd olunan ABŞ-ın Böyük Britaniyadan müstəqilliyinin 250 illiyinə istinadla başa çatacaq.
III Çarlzın fikrincə, həmin hadisə iki ölkə münasibətlərində barışıq və yenilənməyə yol açıb, həmçinin “bəşəriyyət tarixindəki ən böyük ittifaqlardan birinin” əsasını qoyub.
ABŞ Konqresində çıxış edən ilk Britaniya monarxı II Yelizaveta olub. O, bu çıxışı 1991-ci ildə ABŞ-a 13 günlük dövlət səfəri çərçivəsində edib.
İzmedia.az
![]()

