Abbas Əraqçi Vladimir Putinlə görüşdən sonra bildirib ki, Tehran Moskvanın həmrəyliyini və diplomatik dəstəyini yüksək qiymətləndirir.
O, X hesabında yazıb: “Regionda böyük dəyişikliklər olduğu bir vaxtda Rusiya ilə ən yüksək səviyyədə əlaqə qurmaqdan məmnunam. Son hadisələr strateji tərəfdaşlığımızın dərinliyini və gücünü sübut etdi. Münasibətlərimiz inkişaf etməyə davam etdikcə, həmrəyliyə görə minnətdarıq və Rusiyanın diplomatiyaya dəstəyini alqışlayırıq”.
Paylaşıma Əraqçinin Putin və Sergey Lavrovla birlikdə çəkilmiş şəkilləri də əlavə olunub.
Aprelin 27-də Putin Sankt-Peterburqda Əraqçi ilə danışıqlar aparıb. Rusiya prezidenti bildirib ki, Moskva Yaxın Şərqdə sülhün mümkün qədər tez əldə olunması üçün əlindən gələni etməyə hazırdır.
İranın xarici işlər naziri də öz növbəsində qeyd edib ki, Moskva ilə Tehran arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və bundan sonra da möhkəmlənəcək.
İzmedia.az
![]()

