Kremlin sözçüsü Dmitri Peskov TASS agentliyinə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu il iyunun 3-6-da keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək və geniş nitq söyləyəcək.
Peskov qeyd edib ki, “Prezident həmişə forumda iştirak edir və çıxış edir. Hamı onun Sankt-Peterburq forumundakı nitqini səbirsizliklə gözləyir”.
Onun sözlərinə görə, bu ilki çıxış da geniş və diqqət çəkici olacaq.
Putin Rusiya prezidenti kimi SPIEF-də 1997-ci ildən keçirilən forumda 2005–2007-ci illərdə və daha sonra 2012–2025-ci illər arasında 16 dəfə çıxış edib. 2020-ci ildə isə forum COVID-19 pandemiyası səbəbindən keçirilməyib. Dövlət başçısı çıxışlarında adətən qlobal iqtisadiyyatın əsas məsələlərinə və Rusiyanın bu sahədə roluna toxunur.
İzmedia.az
![]()

