The New York Times bazar ertəsi ABŞ prezidenti Donald Trampın İranın Hörmüz boğazı ilə bağlı son təklifini qəbul etməyəcəyini, lakin nüvə proqramı üzrə danışıqları gələcək mərhələyə saxlaya biləcəyini yazıb.
Mənbələrə görə, Tramp Ağ Evin Vəziyyət Otağındakı müzakirələr zamanı İranın boğazın açılması və müharibənin dayandırılması təklifindən narazı olduğunu bildirib.
Qeyd olunur ki, görüşdə İranı danışıqlarda daha çox güzəştə getməyə məcbur etmək üçün mümkün hərbi addımlar da müzakirə edilib.
CNN-in məlumatına görə, Trampın bu planı qəbul etmə ehtimalı aşağı qiymətləndirilir. Kanal bildirir ki, əsas mübahisə mövzusu zənginləşdirilmiş uran məsələsidir və bu həll olunmadan boğazın açılması ABŞ-ın danışıqlardakı təsir gücünü azalda bilər.
Eyni zamanda, boğazın blokadasının davam etməsi enerji qiymətlərinin artmasına və ABŞ-da benzin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
CNN qeyd edir ki, Trampın növbəti addımları hələ də qeyri-müəyyəndir və administrasiya daxilində İran rəhbərliyi ilə bağlı fikir ayrılıqları mövcuddur.
Həmçinin bildirilir ki, Tramp ötən həftə dayandırılmış hərbi əməliyyatların yenidən başlaması ilə bağlı şübhələrini ifadə edib.
İzmedia.az
![]()

