Argentina Prezidenti Xavyer Miley bildirib ki, Avropa ölkələri miqrasiya, demoqrafik və ekoloji siyasətlərinə görə məhv olmaq həddindədirlər.
Argentinalı lider iqtisadiyyat nəzəriyyəsinin müzakirə olunduğu konfransda çıxışı zamanı deyib ki, “Avropanın bu gün yaşadığı qarışıqlıq onun iflasa uğramış pensiya sistemi ilə bağlıdır. Onlar günahsız, hələ doğulmamış uşaqları öldürməklə yaşıl gündəmlərini təşviq etsələr də, eyni zamanda əcnəbilərin axınını da dəstəkləyiblər”.
Miley əlavə edib ki, Avropa özünün yaratdığı problemlərlə üzləşsə də, bunları “insanları idxal etməklə” həll etməyə çalışıb. “Beləliklə, Avropa artıq məhv olmaq ərəfəsindədir”, – deyə o vurğulayıb.
2023-cü ilin dekabr ayında dövlət başçısı kimi hakimiyyətə gələn Miley daha əvvəl də insan fəaliyyətinin iqlim dəyişikliyinə təsirinin sübut olunmuş hesab edilmədiyini bildirib. O, həmçinin argentinalı diplomatlara Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək davamlı inkişaf gündəliyini dəstəkləməyi qadağan edib.
İzmedia.az
![]()

