Qəzzada İsrailin PUA zərbəsi nəticəsində fələstinli jurnalist həlak olub

0 Min Read
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şimalında yerləşən Əl-Məvasi bölgəsinə İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən zərbə endirilib.
“Nasser” Tibb Kompleksinin yaydığı məlumata görə, hücum nəticəsində fələstinli jurnalist Məhəmməd əl-Nəccar həyatını itirib. İnsident zamanı başqa itkilərin olub-olmaması və zərbənin təfərrüatları ilə bağlı əlavə məlumatlar hələlik açıqlanmayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş