Maroçko: Zemlyankinin nəzarətə götürülməsi sərhəddə bufer zona yaradır

1 Min Read

Hərbi ekspert Andrey Maroçko TASS-a bildirib ki, Rusiya ordusu Xarkov vilayətində yerləşən Zemlyanki yaşayış məntəqəsini nəzarətə götürərək Ukrayna ordusunun bölmələrini Belqorod vilayəti ilə sərhəddən 2 kilometr uzaqlaşdırıb.

Onun sözlərinə görə, Xarkov istiqamətində əldə olunan uğur nəticəsində Rusiya hərbçiləri Belqorod sərhəd bölgəsi ilə qovşaqda bufer zona yaradır.

“Zemlyankinin azad edilməsi Ukrayna silahlı birləşmələrinin bölmələrini Rusiya dövlət sərhədindən təxminən 2 kilometr uzaqlaşdırdı”, – deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi aprelin 28-də Xarkov vilayətindəki Zemlyanki yaşayış məntəqəsi üzərində nəzarətin qurulduğunu açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş