WSJ: Tramp İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırıb

1 Min Read

“The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası üçün plan hazırlamağı tapşırıb. Söhbət neft tankerləri də daxil olmaqla, gəmilərin İran limanlarından çıxmasının qarşısının alınmasından gedir.

Məlumata əsasən, Tramp hesab edir ki, bombardmanların yenidən başlanması və ya münaqişədən tam çıxmaq kimi digər variantlar blokadanın davam etdirilməsindən daha çox risk daşıyır.

Bildirilir ki, ABŞ prezidenti bu məsələ ilə bağlı ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər Tehrana təzyiqin artırılmasına çağırır, digərləri isə Hörmüz boğazının bağlanmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin ABŞ iqtisadiyyatına zərər verə biləcəyi, həmçinin aralıq seçkilərdə respublikaçılara mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş