Kremlin mətbuat xidməti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Konqo Respublikasına dövlət səfəri ilə gələn Prezident Denis Sassu Nguesso ilə danışıqlar aparacaq.
Görüş zamanı iki lider beynəlxalq gündəliyi və Rusiya–Konqo dostluq münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Rusiya ilə Konqo Respublikası (Mərkəzi Afrika regionunda yerləşən prezident respublikası, keçmiş Fransa müstəmləkəsi, paytaxtı Brazzavil) arasında diplomatik əlaqələr 16 mart 1964-cü ildə qurulub. Moskva və Brazzavil mütəmadi siyasi dialoq saxlayır və ticarət, iqtisadiyyat, elm, təhsil, səhiyyə və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirirlər.
Sassu Nguesso Rusiyaya 2012, 2019 və 2024-cü illərdə rəsmi səfərlər edib. O, ikitərəfli münasibətlərin inkişafına töhfəsinə görə “Şərəf” ordeni ilə təltif olunub, Rusiya–Afrika sammitlərində (2019, 2023) və Kazanda keçirilən BRICS sammitində (2024) iştirak edib, həmçinin 2025-ci ilin mayında Moskvada keçirilən 80 illik Qələbə Gününün anım tədbirlərinə qatılıb.
Putin və Sassu Nguesso sonuncu dəfə 2025-ci ilin sentyabrında Pekində görüşüblər.
İzmedia.az
![]()

