Avstriya öz hava məkanını ABŞ hərbi təyyarələri üçün bağlayıb.
İzmedia.az xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.
Vyana rəsmiləri bu addımı İranda müharibənin eskalasiyası fonunda konstitusiyanın pozulması kimi izah ediblər.
Avstriya Müdafiə Nazirliyinin sözçüsü Maykl Bauerin sözlərinə görə, ölkə Pentaqon üçün heç bir istisna etməyəcək və ABŞ hərbi təyyarələrinin Avstriya üzərindən uçuşuna icazə verilməyəcək. O qeyd edib ki, hərbi əməliyyatlar başlayandan bəri Müdafiə Nazirliyi ABŞ-ın uçuşlarla bağlı bütün müraciətlərini rədd edib.
Nazirlik bloklanan uçuşların dəqiq sayını açıqlamasa da, hər bir müraciətin ayrıca araşdırıldığını bildirib. Bauer əlavə edib ki, ölkənin mövqeyi dəyişməz olaraq qalır.
İzmedia.az
![]()

